Reklam: High Technic
hightechnic

İstanbulda prezidentlərin görüşünü əngəlləmək üçün terror cəhdi - ŞOK

İstanbulda içində partlayıcı maddə olan avtomobil aşkarlanıb.

Yenicag.az xəbər verir ki, İstanbul polisi, bununla bağlı xəbər alan kimi, dərhal hadisə yerini əhatəyə alıb, küçəyə giriş-çıxışı bağlayıb. Avtomobildə aparılan yoxlamalar zamanı oradan bomba çıxdığı təsdiqlənib. Maşında 60 kq-lıq partlayıcı maddə olub.

Yerli mətbuatın yaydığı xəbərə görə, hadisə ilə əlaqədar iki nəfər saxlanılıb.

İddiaya görə, bomba yüklü avtomobil İstanbulda təşkil olunan İslam Əməkdaşlığı zirvəsinin keçirilməsini əngəlləmək məqsədilə bu şəhərə gətirilib. Lakin yerli təhlükəsizlik orqanları terror aktının qarşısını vaxtında almağı bacarıb.

www.yenicag.az

1459