!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda yeni güclü zəlzələ ehtimalı var

!Reklam – Yazi

İstanbul yaxınlığında maqnitudası 7,0 və daha çox olan zəlzələ ehtimalı 60%-i ötür.

Yenicag.az xəbər verir ki, bunu Türkiyənin aparıcı seysmoloqu Naci Görür deyib.

“İstanbul bölgəsində maqnitudası 7,0 və daha çox olan yeni zəlzələnin proqnozlaşdırıldığı 30 illik dövr başa çatmaq üzrədir. Əvvəllər dəfələrlə xəbərdarlıq etmişik ki, 2029-cu ilə qədər bölgədə 1999-cu il avqustun 17-də baş verən zəlzələdən az olmayan güclü zəlzələ gözlənilir. Bunun ehtimalı ən azı 64 faizdir və İstanbul belə bir zəlzələyə hazır deyil”, – ekspert bildirib.

Xatırladaq ki, 1999-cu ilin avqustunda İstanbul bölgəsində 7,6 bal gücündə zəlzələ baş vermişdi. Rəsmi məlumatlara görə, həmin vaxt 17 200 nəfər həlak olub, 45 000 nəfər yaralanıb.

www.yenicag.az

267
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv