İstanbulda yenidən bələdiyyə seçkiləri keçiriləcək - Nəticələr ləğv olundu

media-hightechnic-468x90

Türkiyə Ali Seçki Qurumu (Yüksək Seçim Kurulu (YSK)) İstanbulda bələdiyyə seçkilərinin ləğvi və yenidən keçirilməsi barədə qərar verib.

Yenicag.az-ın məlumatına görə, YSK seçkinin nəticələri ilə bağlı etirazlarla əlaqədar keçirdiyi iclasın sonunda belə bir qərar verib.

Qeyd edək ki, martın 31-də Türkiyədə keçirilmiş bələdiyyə seçkiləri zamanı İstanbul bələdiyyə sədri vəzifəsinə müxalif Cümhuriyyət Xalq Partiyasından namizdə olan Əkrəm İmamoğlu 4,169 milyon, hakim Ədalət və İnkişaf Partiyasından namizədliyi irəli sürülmüş Binəli Yıldırım isə 4,156 milyon səs qazanıb.

Hakim partiya İstanbulda səsvemənin nəticəsinə etiraz edirdi.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600