NYT-dən rəy SORĞUSU: Trampın reytinqi aşağı düşdü

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trampın 2024-cü ildə qaradərililər və latınamerikalılar arasında qazandığı tarixi dəstəklə formalaşdırdığı çoxmillətli işçi sinfi koalisiyası ikinci prezidentlik dövründəki sərt addımlar səbəbindən ciddi sarsıntı keçirir.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə “The New York Times” nəşrinin araşdırmasında qeyd olunb.

Bildirilib ki, son rəy sorğuları ilə məlum olub ki, Trampın kəskin immiqrasiya siyasəti və bəzi qalmaqallı çıxışları azlıqlar arasındakı reytinqini son bir ildə orta hesabla 14 faiz aşağı salıb.

Xüsusilə yeni nəsil qaradərili seçicilərin artıq tarixi bağlılıqlara deyil, namizədin fəaliyyətinə və şəxsi maraqlara önəm verməsi irqi əsaslı səsvermə bloklarını parçalayır. Mühafizəkar azlıqların Demokratik Partiyadan qopması Respublikaçılar üçün böyük fürsət yaratsa da, Trampın son siyasətləri bu yeni seçici kütləsini partiyadan uzaqlaşdırmağa başlayıb. Bu siyasi yerdəyişmə 2026-cı il aralıq seçkiləri öncəsi hər iki partiya üçün həlledici sınağa çevrilib, çünki Demokratlar hələ də bu narazı kütlənin tam etibarını qazana bilməyiblər.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05