İstanbuldakı terroru törədən canlı bomba haqda yeni məlumatlar əldə edilib.
O, yanvar ayının 5-indən etibarən İstanbulda məskunlaşıb.
Aparılan araşdırmalar nəticəsində onun telefon nömrəsi aşkarlanıb. Telefondan gələn siqnala əsasən, o, Türkiyəyə ötən ilin dekabr ayında keçib.
Şübhəlilərin dediyinə görə, onun ayaq barmağının dırnaqları çıxarılıb. O, əvvəlcə Ankarada partlayış törətmək istəyib.
1988-ci il təvəlüdlü Nabil Fadli adlı terrorçunun anasının Brijit adlı erməni olduğu aşkarlanıb.
Qeyd edək ki, yanvar ayının 12-də İstanbulun tarixi Sultan əhməd hissəsində canlı bombanın törətdiyi partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.(milli)
www.yenicag.az