İstehlakçılar belə ALDADILIR: "Donmuş məhsulların üzərində buzun çəkisi ayrıca göstərilməlidir" - VİDEO

media-hightechnic-468x90

“Donmuş məhsulların üzərində buzun çəkisi ayrıca göstərilməlidir”.

Bunu Yenicag.az-a  açıqlamasında qida təhlükəsizliyi üzrə ekspert Asim Vəliyev deyib.media-asim-veliyev

Ekspert bildirib ki, sözügedən tələb həm beynəlxalq standartlarda, həm də yerli qanunvericilikdə təsbit olunub.

“Əgər paket üzərində məhsulun və buzun çəkisi ümumi şəkildə göstərilirsə, bu, istehlakçını qəsdən yanlış məlumatlandırmaq və faktiki olaraq aldadılması deməkdir. Məhsulun daha böyük görünməsi və çəkisinin çox təsir bağışlaması üçün “şişirdilmiş dondurma” üsulundan istifadə edirlər. Belə hallarda məhsulun həqiqi payı azalır, buzun payı isə artırılır. Bu isə süni şəkildə qiymətin qaldırılmasına, alıcının ödədiyi məbləğin məhsula deyil, suya yönəlməsinə səbəb olur. Məsələ ilə bağlı müxtəlif nəzarət mexanizmləri fəaliyyət göstərir”.

Ətraflı videomaterialda:

Samir Məcid

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa