!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

İstirahət mərkəzində partlayış baş verdi - YENİLƏNDİ

!Reklam – Yazi

Abşeron rayonunda istirahət mərkəzində partlayış olub.

Yenicag.az xəbər verir ki, hadisə Novxanı kəndinin ərazisində yerləşən “Sunset” istirahət mərkəzində qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilən məlumata görə, dərhal nazirliyin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Müəyyən olunub ki, ilkin məlumata əsasən istirahət mərkəzinin suqızdırıcı (kombi) sistemində ani partlayış hadisəsi baş verib və nəticədə 3 nəfər xəsarət alıb. Dağıntı və yanğın hadisəsi qeydə alınmayıb.

FHN-in qüvvələri tərəfindən obyekt ərazisində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

 

*** 20:32

 

Sumqayıt şəhərində istirahət mərkəzində baş verən partlayışla əlaqədar araşdırmalara başlanılıb.

Bu barədə Yenicag.az-a Sumqayıt Şəhər Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə Sumqayıt şəhərinin Sahil küçəsində, Corat-Novxanı yolunda “Sunset” istirahət mərkəzinin qazanxanasında partlayış baş verib. Nəticədə üç nəfər xəsarət alıb.

www.yenicag.az

265
Ads
www.veteninfo.com
!Reklam – Arxiv