!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsveç polisi daun sindromlu gənci güllələdi - Əlindəki oyuncağa görə

!Reklam – Yazi

İsveç polisi oyuncaq silah daşıyan daun sindromlu gənci öldürüb.

Yenicag.az xəbər verir ki, hadisə ölkənin paytaxtı Stokholmda baş verib.

İddiaya görə, 20 yaşlı Erik Torel əlindəki oyuncaq silahla ətrafdakıları təhdid edib. Hadisə yerinə gələn üç polis Erikdən “silah”ı yerə qoymasını istəyib. Lakin daun sindromlu gənc tələbi yerinə yetirmədiyi üçün güllələnib.

Erik xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Gəncin anası Katarina Öderberq açıqlama verərək bildirib ki, həmin oyuncaq oğluna hədiyyə olunub: “Oğlum dünyanın ən centlimen insanı idi. O, qarışqanı belə incitməzdi. Baş verənləri anlamaq mümkün deyil. Erik danışmaqda çətinlik çəkirdi. Övladım əvvəllər də evdən qaçıb və tapılaraq geri qaytarılmışdı”.

Faktla bağlı araşdırma başlanıb.

COP29

www.yenicag.az

4131
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv