İsveç səfiri yenidən Türkiyə XİN-ə çağırıldı

media-hightechnic-468x90

İsveçin Ankaradakı səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, buna səbəb İsveç dövlət qurumlarının yanvarın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verməsi səbəb olub. Bildirilir ki, aksiya zamanı müqəddəs Qurani-Kərimin yandırılması nəzərdə tutulur.

“Səfirin diqqətinə çatdırılıb ki, Türkiyə açıq-aşkar nifrət cinayəti olan sözügedən təxribat xarakterli hərəkəti qətiyyətlə pisləyir. İsveçin məsələyə münasibəti qəbuledilməzdir. XİN aksiyaya icazə verilməməsini gözləyir. “Demokratik hüquqlar” adı altında müqəddəs dəyərlərin təhqir olunmasını müdafiə etmək yolverilməzdir”, – deyə XİN-in bəyanatında deyilir.

Həmçinin sabah PKK-ya bağlı dairələr Stokholmun mərkəzində nümayiş keçirəcəklərini açıqlayıblar. Türkiyə XİN terror təşkilatları və onların tərəfdarlarının təbliğat fəaliyyətinə icazə verilməsini üçtərəfli memorandumun açıq şəkildə pozulması hesab edir./Oxu.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600