!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İtlərini gəzdirməyə çıxaran qadını ayı yedi

!Reklam – Yazi

ABŞ-ın Kolorado ştatında itlərini gəzintiyə çıxaran 39 yaşlı qadını ayı yeyib.

Yenicag.az xəbər verir ki, aprelin 30-da sevgilisindən xəbər ala bilməyən şəxs itləri evin önündə gördükdən sonra onu axtarmağa başlayıb və qadının parçalanmış cəsədi ilə qarşılaşıb.

Hadisə yerinə gələn təhlükəsizlik əməkdaşları yaxınlıqda ayı tükü və nəcisi aşkarladıqdan sonra qara ayı ilə balalarını tapıb.

Aparılan ekspertiza nəticəsində ayıların mədəsində insan qalıntıları aşkar edilib.

Kolorado Park ve Vəhşi Təbiət Xidmətindən bir daha belə halın təkrarlanmaması üçün ayıların öldürüləcəyi bildirilib.

Qeyd edək ki, son 50 ildə Koloradoda 3 belə hadisə yaşanıb.

www.yenicag.az

469
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv