İTV-nin Yayım Şurasında dəyişiklik olacaq

media-hightechnic-468x90

90113İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişiklilər edilməsi nəzərdə tutulur.

Yenicag.az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı məsələ parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib. Milli Teleradio Şurasının sədr müavini Qafar Cəbiyev bildirib ki, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının 3 üzvünün – Fuad Muradovun, Namiq Məmmədovun və Zərifə Salahovanın səlahiyyət müddəti başa çatdığı üçün onların yeni şəxslərlə əvəzlənməsi tələb olunur.

Qeyd edək ki, həmin şəxslərin yerinə Sahibkarlar Şurası, Gənclər təşkilatları və Qadınlar təşkilatların tərəfindən hərəsindən iki nəfər olmaqla 6 şəxsin namizədliyi irəli sürülüb.

Sahibkarlar Şurası tərəfindən Vüqar Zeynalovun, İsmayıl Ələkbərovun, Gənclər təşkilatları tərəfindən Mirhəsən Seyidovun, Turqay Həsənəliyevin, Qadınlar təşkilatları tərəfindən isə Sevil Yusifovanın və Ülkər Abdullayevanın namizədlikləri irəli sürülüb.

Sözügedən komitənin sədri Nizami Cəfərov isə bildirib ki, adıçəkilən qurumda təmsil olunmaq hər bir şəxs üçün fəxr sayıla bilər.

Namizədlikləri irəli sürülən şəxlərin məsələsinə baxılması parlamentin plenar iclaasına tövsiyə olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600