İxvanül-Müslimin İrana görə “vurulur”? – Sünni hərəkatı “Şiə hilal”ı ilə gizli ittifaq bitirir - ARAŞDIRMA

media-hightechnic-468x90

Trampın özünə yeni hədəf-düşmən olaraq, İxvanül-Müslimin Hərəkatını seçməsi ciddi rezonans doğurub. 

Yenicag.az-ın araşdırmasına görə ABŞ, xüsusilə də Tramp administrasiyası tərəfindən İxvanul-Müsliminin vurulması və onların terror təşkilatı elan edilməsinin ən böyük səbəbi, İxvanın uzun illərdir İranla əlaqələrinin olmasıdır.

Çünki İran xüsusilə, Qasim Süleymaninin ölümündən və “Şiə hilalı” proyekti iflasa uğrayandan sonra ərəb ölkələrində və xüsusilə Körfəz bölgəsində nüfuz dairəsini İxvanul-Müslimin vasitəsilə genişləndirib. Üzdə “sünni-şiə qardaşlığı” kimi göstərilsə də, əslində İran öz təsirini artırır, inqilab xəttini bölgəyə yayıb, siyasi nüfuzunu genişləndirib. İxvanlar da bu əlaqədən istifadə edərək bir çox ərəb və islam ölkələrində hakimiyyətə öz adamlarını gətirmək istəyiblər. Yəni əl əli yuyub, əl də üzü.

Buna görə də İxvanın vurulmasının, onlara qarşı ciddi mövqe alınmasının əsas səbəblərindən biri də məhz budur. İran-İsrail savaşı zamanı Müsəlman Qardaşlarının lideri dr.Salah Abdulhakın ayətullah Xamaneyiyə məktubla müraciət edərək, Tehranın yanında olduqlarını açıq mətnlə elan etmələri də bunun nümunələrindən biridir.

Həmçinin İranın Qətər dövlətinə hücum etməsi, İsrail–İran müharibəsindən sonra, bir daha İranın ikiüzlülüyünü ortaya qoydu. Halbuki Qətər dövləti və Əl-Cəzirə telekanalı hər zaman İranı müdafiə edib. Əl-Cəzirə telekanalı İxvan-ul Müslimin xətti ilə gedir və İranın bölgədə nüfuz dairəsini genişləndirməsinə media dəstəyi verib.

İranın Qətəri vurmasından sonra bu xətti müdafiə edənlər də qara siyahıya alınıb. O cümlədən İxvan-ul Müslimin. Böyük ehtimalla Qətər də Körfəz ölkələri kimi İxvana İranla əlaqəsinə görə mövqeyini dəyişəcək.

Beləliklə, İranın “İxvan-ul Müslimin” adı altında ərəb ölkələrində nüfuzunu artırmaq, şəbəkələr qurmaq və islam ölkələrinə təsir göstərmək layihəsi iflasa uğramış sayılır.

Əgər ABŞ İxvanul-Müslimini rəsmi şəkildə “terror siyahısı”na daxil etsə, bu, ən böyük zərbəni məhz İranın ərəb və islam bölgələrində qurduğu layihələrə vuracaq.

Araşdırmalar göstərir ki, İran İxvanla əlaqəni Tehranda yerləşən “məzhəblərarası yaxınlaşma” təşkilatı (“Təqrib beynəl-məzahibil-İsləmiyyə”) vasitəsilə aparıb. Bu təşkilata isə Əli Təsxiri rəhbərlik edir. Bu iki təşkilatın ortaq fəaliyyəti nəticəsində İran ideologiyası ərəb ölkələrində çox yayılıb.

Maraqlıdır ki, İranın özündə belə bu təşkilata münasibət birmənalı deyil. Belə ki, təşkilatın ofisinin girişində olan kitabxanada əhl-i sünnə kitabları da qoyulsa da, onlar satılmır, verilmirdi. Bu davranış da bir daha İranın zahirdə “məzahəblərarası yaxınlaşma” deyib, əslində isə əhl-i sünnə mirasına mane olduğunu, sadəcə görüntü yaratmağa çalışırdığının bariz nümunəsidir.

İxvanın da bundan nə qədər xəbərinin olub-olmaması bilinməsə də, görünən odur ki, İranla yaxınlıq bir əsrlik hərəkatı ciddi təzyiq ilə üz-üzə qoyub. Doğrudur, Həsən əl-Bənna, Seyud Kutub kimi liderlərini məhz mübarizədə qurban verən hərəkatın istər Misir, istərsə də digər ölkələrdə keçdiyi yol məşəqqətli olub. Ancaq ilk dəfə öz mübarizə yollarına görə deyil, müdafiə etdikləri ideologiyanın qarşısında olan İranla işbirliyinə görə qara siyahıya düşürlər.

Amir Aqiloğlu

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa