İyirmi hərbçiyə məzar olan TƏYYARƏ: Hərbi ekspert irəli sürülən versiyaları dəyərləndirdi

media-hightechnic-468x90

“Tam rəsmi məlumat verilməmiş hansısa mülahizə söyləməyə çətinlik çəkirəm, bu, məsuliyyətdir. Lakin səsləndirilən iki versiyanı qəbul etmirəm”.

Bu fikirləri ötən gün Gəncədən havaya qalxan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə bağlı irəli sürülmüş versiyaları dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında səsləndirib.media-media-img_0946-913is2

Hərbi ekspert qeyd edib ki, sözügedən təyyarə ötən əsrin 50-ci illərindən bəri buraxılmış ən güclü və təhlükəsiz hərbi təyyarədir:

“Bundan bizdə olmasa da, qardaş Türkiyədə var. İndiyə kimi bildiyim qədər, bu təyyarənin cəmi dörd qəza şəraiti olub. Bu, çox azdır. Buna görə də təyyarənin istismarını başa vurduğunu düşünmürəm. Türkiyə dövləti hər nəyə qənaət etsə də, ordusunda qənaət tədbiri görməz”.

“Burada komissiya və həmin təyyarənin firmasının mütəxəssisləri işləyəcək. Onların hər hansı versiyasından sonra nəsə fikir yürütmək olar”, –  deyə bildirən T. Eyvazov qeyd edib:

“Yüklərin yerindən oynaması məsələsinə gəlincə, düşünürəm ki, təyyarədə çox yük olsaydı, göyərtədə o qədər heyət də olmazdı. Hətta yüklərin nəsə yerdəyişməsi baş versə də, hərbi təyyarənin pilotları – istər bizdə, istər Rusiya və Amerikada, xüsusilə Türkiyədə – onu hansısa qaydada sabitləşdirə bilərdilər. Həvəskar şəkildə çəkilmiş videolara baxdıqda görürük ki, təyyarə partlamır, ona raket zərbəsi dəymir, tüstülənə-tüstülənə, idarəetməni itirərək yerə düşür. Bundan nəticə çıxarmaq lazımdır, ancaq hansısa dəqiq fikir irəli sürmək üçün mütəxəssislərin rəyini gözləmək lazımdır”.

Hərbi ekspert ekipaj üzvlərinin paraşütdən istifadə imkanlarını da dəyərləndirib. Onun sözlərinə görə, paraşütdən tullanmaq an məsələsidir və onlar buna hazır olmayıblar:

“Müəyyən yüksəklikdə zədələnmə və qəza şəraiti baş veribsə, hazırlıq üçün zaman lazımdır. Birinci, orada olan əsgərlər tullanmalıdırlar, ancaq mən onların üzərində paraşüt olmasını istisna edirəm. Çünki hansısa tapşırığa getmirlərsə, sərnişin kimi uçurlarsa, üzərlərində paraşüt olması təcrübəsi azdır”.

Xatırladaq ki, Gürcüstan ərazisində Türkiyə HHQ-yə məxsus “C130” tipli hərbi nəqliyyat təyyarəsinin qəzaya uğramasının səbəbləri kimi ilkin olaraq təyyarənin uzun müddətdir, istismarda olması və hava gəmisindəki yüklərin yerindən oynaması göstərilib.

Yenicag.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa