İyunun 12-i istirahət edəcəyik

media-hightechnic-468x90

77e7f7afd38cb4f4a6d86d401d8337acMilli Məclisə layihə təqdim olunub

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılışı gününün – 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur.

Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

Layihəyə əsasən, yalnız bir dəfə – 2015-ci il iyunun 12-i Azərbaycanda qeyri-iş günü elan olunması təklif olunur.

Qərar layihəsi parlamentin mayın 15-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, iyunun 12-də Bakı 2015 Avropa Oyunlarının açılış mərasimi olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600