İzmitdə Xocalı abidəsinin tikintisi başa çatıb

media-hightechnic-468x90

b03320b6339a6fa6a18566b4d604fd09Türkiyənin İzmit şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən dinc azərbaycanlılara qarşı həyata keçirilmiş soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidənin tikintisi artıq bitmək üzrədir.

Yenicag.az apa-ya istinadən bildirir ki, “Xocalı Şəhidləri Abidəsi” İzmit Bələdiyyəsi ilə Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) arasında imzalanmış protokola əsasən hazırlanıb.

İzmitin Yenişəhər məhəlləsində qoyulmuş abidənin ümumi hündürlüyü 2,5 metr təşkil edir. Şəhidlərin ölməzliyini bildirən səmaya doğru ucalmış sütunlardan ibarət abidənin üzərində Xocalı soyqırımı haqqında qısa məlumat yerləşdirilib, Azərbaycan və Türkiyə dostluğunu tərənnüm edən simvollar əks olunub. Bundan başqa, abidənin kənarlarındakı lövhələrdə Xocalıda qətlə yetirilmiş 613 nəfərin adları həkk olunub. Aprelin 22-də Azərbaycan və Türkiyənin dövlət nümayəndələrinin iştirakı ilə abidənin açılışı gözlənilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600