Əməkdar artist İzzət Bağırzadə sosial şəbəkədə ona xoşagəlməz fikirlər yazan dostlarından danışıb. Vaxtilə buna görə əsəbiləşdiyini deyən müğənni artıq çarə tapıb.
Yeniçağ.az-a açıqlama verən sənətçi əvvəllər profilinin köməkçisi tərəfindən idarə olunduğunu da deyib:
“Əvvəllər profilimi köməkçim idarə edirdi, artıq-əskik sözlər çox yazılırdı, mən də əsəbiləşirdim. İndi artıq sosial şəbəkədə profilimə özüm nəzarət edirəm. İnsandı da, bir də görürsən kimsə nəsə yazır, amma mən ona baş qoşmuram, heç cavab da vermirəm. Çünki onlara baş qoşsam, gərək əsəblərim korlansın. Artıq-əskik sözlər yazan adamlara reaksiyam çox sakit şəkildə olur. Həmin adamları atıram “blok”a, ya da birdəfəlik silirəm. Yoxsa ki, oturum, əsəbiləşim, kiminsə təhqirlərinə cavab yazım – artıq belə şeylər keçmişdə qaldı”.
Cəvahir Səlimqızı
Yeniçağ.az
www.yenicag.az