Jirinovski Bakıya gəlir

media-hightechnic-468x90

img1641545Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovski bir neçə saatdan sonra Azərbaycana gələcək.
Bu məlumatı saytına Azərbaycanın Rusiyadakı səfirliyindəki mənbələr veriblər.

Amma öz qalmaqallı çıxışları ilə tanınan rusiyalı siyasətçinin Bakı səfərinin proqramı indiyədək də bəlli deyil.
Qeyd edək ki, Jirinovskinin Bakı səfəri ətrafında neçə vaxt idi müxtəlif fikirlər dolaşırdı. Bəzi KİV-lər gah öz diplomatik mənbələrinə, gah da LDPR liderinin yaxın ətrafına istinadən belə xəbərlər yaymışdılar ki, Jirinovski Bakı səfərini təxirə salıb, ümumiyyətlə Azərbaycana gəlməyə hazırlaşmır.

Amma Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu rusiyalı siyasətçinin gözlənilən Bakı səfəri ətrafındakı şübhə haləsini dağıtmışdı. Səfir açıqlamasında demişdi ki, Jirinovski Azərbaycana Milli Məclisin xətti ilə dəvət olunub və o, Bakıya mütləq gələcək(virtual.org).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600