!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jirinovskinin sərsəmləməsinə CAVAB: "Müasir Rusiyanın nimdaş siyasətçisidir..." - Cəbi Quliyev

!Reklam – Yazi

Vladimir Jirinovski yeni bir müsahibə verib. Rusiya Liberallarının (RLDP) təlxək lideri yenə sərsəmləyib. Vladimir Jirinovski müasir Rusiyanın nimdaş siyasətçisidir, hüquqşünasdır, polkovnikdir, “alimdir”.

Jirinovski 2000–2011-ci illərdə Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini, VI çağırışın deputatı, hətta Avropa Şurası Parlament Assambleyasında Rusiya nümayəndə heyətində belə təmsil olunub.

Hər zaman ilan kimi qabığını dəyişərək, cilddən-cildə düşməyi bacaran Jirnoviski prezidentlik postuna 5 dəfə namizədliyini irəli sürsə də, rus xalqı bu təlxəyin nəyə qadir olduğunu bildiyindən daima üzərindən xətt çəkib. Ölkəsində əhalinin sosial-iqtisadi burulğanlar məngənəsində çabaladığını, yoxsulluğun sürətlə artdığını, regional və beynəlxalq müstəvidə davamlı embarqolara məruz qalmasını unudan Jirnoviski daha çox müəyyən elektorat əldə etmək peşinə düşüb.

Əslində, bu ahıl vaxtında onun məhz öz ölkəsi ilə bağlı deməli olduğu çox söz, toxunacağı çox problem var. Ancaq Jirinovski Rusiya Federasiyasının qonşuluq, dostluq münasibətlərində olduğu ölkələrin ünvanına hədyanlar yadğırmaq yolunu tutub. Əlbəttə, bir partiya sədri, siyasətçi, türkoloq olaraq beynəlxalq yaxud ikitərəfli münasibətlər mövzusunda danışmaq da olar və hətta vacibdir. Lakin belə münasibət illah da təhqir formasında, başqa ölkələrə yuxarıdan aşağı baxmaq, ayrı-ayrı ölkələrin dövlət başçılarının yaxud xalqlarının ünvanına hədyanlar yağdımaqlamı olmalıdır?

Ancaq söhbət Jirinovskidən gedirsə, məsələ bir xeyli aydındır. Bütün şüurlu həyatı boyu manqurtlaşmış davranış və təlxək düşüncə tərzi ilə ilə seçilən Jirinovski 75 yaşdan sonra, yəqin ki, müdrikləşəcək deyil. Təxribatçı, içən, ağzının sözünü bilməyən, səndələyən, yıxılan, hamı ilə dalaşıq, həmişə əsəbi və ya yarıməsəbi… Sözün qısası, o öz əməlləri ilə titullarını, ixtisaslarını dırnaq içinə almağımız gərəkdiyini sübut edir.

Bu onun-bunun sərsəm dirijoruna çevrilən, içki əyyaşının Azərbaycan haqqında etdiyi sərsəmləməyə cavab verməməkdə olardı. Onun Rusiya kimi bir ölkənin Dövlət Dumasında təmsil olunması, bir partiya sədri olması məcbur edir ki, ona cavab verilsin. Rusiya ermənilərinin təsiri altında olan, davamlı şovinizm düşüncəsindən qidalan birinin xisləti əlbəttə başa düşüləndir.

Bir məsələ də aydındır ki, rus ictimai fikrinin ona qarşı təpkiləri də bəllidir və hesab edirəm ki, onun son hədyanlarına, Azərbaycanla bağlı fitnəkar fikirlərinə də rus ictimai fikri cavab verməlidir. Əslində, Rusiya-Azərbaycan münasibətlərinin qayğısına yalnız bizlər deyil, eyni zamanda iki dost, qonşu ölkənin maraqlarını müdaifə edən Rusiya ictimai-siyasi mühitinə təsir imkanları olan ağıllı kəslər qalmalıdırlar. Azərbaycanla qonşuluq, dostluq dəyərlərinə qiymət verən hərkəs. Bu dəyəri özü dəyərli olanlar qiymətləndirə bilər. Jirinovski kimi qeyri-sabit, qeyri-ciddi bir siyasətçi belə dəyəri idrak etmək imkanına malik deyil. Dəyər verməkçün dəyərli olmaq lazımdır. Jirnoviski təfəkkürlü biri isə yaradılışdan belə bir fitrətdən, keyfiyyətdən uzaq manqurtlaşmış biridir.

Cəbi Quliyev
Milli Məclisin üzvü

www.yenicag.az

679
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv