İŞİD yaraqlıları ilə kürd regional rəhbərliyinin hərbi qüvvələri arasındakı toqquşma nəticəsində kərküklü bir jurnalist öldürülüb.
Mosulu işğal edən İŞİD (İraq Şam İslam Dövləti) Kərkükün Hacivə və Riyad rayonları ilə birgə Riyaz nahiyəsini də ələ keçirməyə çalışıb.
Lakin Kərkükün xarici bölgələr üzrə polis rəisi Sərhat Qədirin rəhbərlik etdiyi silahlı qüvvələr Riyaz nahiyəsinin Məla Abdullah kəndində İŞİD yaraqlılarını geri çəkilməyə məcbur ediblər.
İki qrup arasında kəskin toqquşma olub. Toqquşmanın fotolarını çəkən fotomüxbir Nəcimin olduğu yerə mərmi düşüb. Mərmi onun bədənini parçalayıb.
Fotomüxbir yerindəcə həlak olub.
www.yenicag.az