Reklam

Reklam

Bərdə rayonunda DYP əməkdaşlarının sürücüləri qorxu altında saxlaması ilə bağlı araşdırma aparan jurnalist rəis tərəfindən prokurorluğa veriləcəyi ilə hədələnib.

Bununla bağlı məlumatı Anaxəbər. az saytının baş redaktoru Azər Talıbov Yenicag.az-a açıqlamasında bildirib.

Azər Talıbovun sözlərinə görə, Bərdə rayonunda yol polisi sürücülərdən rüşvət yığır və onları qorxu altında saxlayır:

“Bərdədə olanda DYP əməkdaşlarının sürücüləri incitdiyini gördükdən sonra məsələni araşdırmağa başladım. Araşdırma məqsədi ilə hansı taksiyə oturdumsa, hamı şikayət etdi. Onlar hətta qorxularından danışmaq istəmir, danışanlar da tərəddüdlə “əgər bunu mənim sizə dediyimi bilsələr, Anar müəllim məni Bərdədən yox edər”, dedi. DYP əməkdaşları taksi sürücülərindən haqq tələb etməklə yanaşı, onlara susmağı da tapşırırlar. Bunları yazdıqdan sonra Bərdə rayon DYP rəisi Anar Cəlilov məni görüşə dəvət etdi və dedi ki, səni tutduracam”.

Azər Talıbov bildirib ki, DYP rəisi Anar Cəlilov ondan şikayət edən sürücülərin adlarını tələb edib. Jurnalist məsələ ilə bağlı prezidentə müraciət ünvanlayıb.

Səxavət Məmməd

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1698
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."