!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Jurnalist: "Sülhməramlılar sadəcə baxırlar, Volkov isə ortalıqda yoxdur"

!Reklam – Yazi

“Etirazçılara ruh yüksəkliyi hakimdir və hər kəs Volkov bura gələnədək etiraz aksiyasını davam etdirməkdə qərarlıdır”.

Bu fikirləri Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Şuşa-Xankəndi yolunda QHT nümayəndələri, ekofəallar və könüllülərin iştirakı ilə keçirilən etiraz aksiyasına qatılan jurnalist, Turkmedia.az saytının təsisçisi Günel Yaz Yenicag.az-a açıqlamasında səsləndirib.

Günel Yaz bildirib ki, Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov əraziyə gələnə qədər etiraz aksiyasını davam etdirəcəklər:

“Sülhməramlıların əli ilə ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi ekoterrora qarşı səssiz qalmamaq üçün bura toplaşan etirazçılara ruh yüksəkliyi hakimdir və hər kəs Volkov bura gələnədək etiraz aksiyasını davam etdirməkdə qərarlıdır.

Bura gəlməmişdən öncə insanlarımızın iştirakçıların təhlükəsizliyi ilə bağlı narahatlıqlarını görmüşdüm. Bildirmək istəyirəm ki, buradakı hər kəsin güvənliyi ən yüksək səviyyədə dövlətimiz tərəfindən qorunur. Əraziyə toplaşan etirazçıların hər biri milli təfəkkürlü və heç bir provokasiyaya uymayacaq düşüncədə olan insanlardırlar. Ona görə də narahatlığa heç bir əsas yoxdur.

Biz şüarlar səsləndirir, xalq olaraq özbaşınalıqlardan xəbərdar olduğumuzu onların diqqətinə çatdırırıq. Sülhməramlılar da sadəcə baxırlar, dediyim kimi, Volkov da ortalıqda yoxdur.
İnanıram ki, həmrəy olan xalqımız dünyanın diqqətini bura daha da cəlb etməyi bacaracaq”.

www.yenicag.az

1819
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv