Jurnalistlər başqa nə işlə məşğul olur?

media-hightechnic-468x90

142Jurnalistlərin Həmkarlar İttifaqı (JUHİ) son illər jurnalistlərin məvaciblərinin artdığına dair hesabat yaysa da, əksər qələm adamları sosial durumlarının heç də yaxşı olmadığını bəyan edirlər.

Məhz elə bu səbəbdəndir ki, jurnalistlər peşə fəaliyyəti ilə yanaşı digər qazanc yolları da axtarır.

Ölkənin tanınmış jurnalistlərinə “Aldığınız məvacib sizə bəs edirmi”, “Başqa hansı gəlir yerləriniz var” sualı ilə müraciət edilib.

Elşad Paşasoy (“Yeni Müsavat” qəzeti):

Yalnız jurnalistika ilə məşğuluq və aylıq qazancımız da mətbuatdan çıxır. Digər fəaliyyətlə məşğul olmağa isə sadəcə vaxt qalmır.

Sənan Nəcəfov (Qhtxeber.az portalı):

Baxmayaraq ki, redaktorlar arasında ən az maaş alanlar siyahısındayam, aldığım məvacib məni qane edir. Qaldı digər fəaliyyət növlərinə, bəli bu var. Əlimdən gələn kütlə qarşısında çıxış (public speaking), ictimaiyyətlə əlaqələrin quurlması (PR), Neyro-liqnsitik proqramlaşdırma ilə mükəmməl ünsiyyətin qurulması (NLP), beyin xəritəsi, motivasiya, özünü təqdimetmə və digər mövzularda təlimlər keçirəm. Şükür, balalarımı dolandırıram. Banklara kredit borclarım var, onları ödəyirəm.

Anar Niftəliyev (Axar.az portalı):

Başqa fəaliyyət yoxdur. Deməli, dolanmırıq, çabalayırıq.

Zahir Rəhimov (Ann.az portalı):

Mən jurnalist kimi çalışmıram. Menecerəm, bir çox internet layihələrim var, media layihələri də onlardan biridir. Mənə gəlirim dolanmaq üçün yetərlidir.

Elməddin Muradlı (“Üç Nöqtə” qəzeti):

Biz elə ailəlikcə jurnalistika ilə məşğuluq. Sağolsun, baş redaktorumuz Xoşqədəm xanım, normal məvacib verir. Pis dolanmırıq. İnşallah, daha yaxşı olacağını düşünürəm. Nə gəlirim varsa, hamısı mətbuatın hesabınadır.

Bahar Rüstəmli (Aznews.az portalı):

İkinci bir fəaliyyətim yoxdur. Təkliflər olsa da qəbul etmirəm. Çünki mənim o işlərə əlavə vaxtım olmur. Bu gün yeganə qazancım ancaq jurnalist kimi aldığım halal maaşımdır. Düzdür, aldığım maaş təlabatımı ödəmir. Amma yenə də şükür edirəm.

Fidan Əliyeva (Azadinform.az portalı):

Təkcə jurnalist maaşı mənə yetmir. Çünki etiraf edək ki, hazırda jurnalistlər üçün verilən əmək haqqı aşağıdır. Başqa fəaliyyətlə məşğul deyiləm. Çünki işimiz elədir ki, başqa nə iləsə məşğul olmağa zaman qalmır.

Fatimə İbrahimova (Olke.az portalı):

Düzünü deyim ki, təkcə maaşım kifayət etmir, amma digər fəaliyyətlə də məşğul deyiləm. Hələ ki, alternativ qazanc barədə düşünmürəm, çünki əksik olanları valideynlərim qarşılayır. Növbəti 4-5 il ərzində isə bu barədə ciddi planlarım var. Çünki hər dəfə yeni bir ideyanı həyata keçirmək istədikdə maliyyə sıxıntısı buna mane olur. Alternativ yolu isə biznesdə görürəm. Çox güman ki, bir neçə ildən sonra eyni sual verilsə, mən alternativ gəliri biznesdən qazandığımı deyəcəm.

Əfruzə Ağayeva (Atvxeber.az portalı):

Əlbəttə ki, bəs eləmir. Digər işlərim olmasa, bataram. Jurnalistika hobbimdir. 600-700 manat maaş alıram. Nə yaxşı ki, bu maaşa möhtac deyiləm.

Aynurə Asimqızı (Müstəqil jurnalist):

Kifayət eləmir. Amma buna rəğmən başqa fəaliyyətlə məşğul deyiləm. Yaşayışımı valideyinlərimin maddi dəstəyi ilə təmin edirəm.

Elçin Xalidbəyli (Musavat.com portalı):

Başqa fəaliyyət növü ilə məşğul olmuram. Bütün ehtiyacları ödəməsə də, jurnalist maaşı ilə birtəhər etməyə çalışıram.

Əfsələddin Ağalarov (Azxeber.com):

Müəyyən ehtiyaclarımızı ödəməyə çalışırıq. Az da olsa buna nail oluruq. Nə etməliyik, jurnalistika biznes deyil ki, milyonlar qazanasan?!

Zaur Rəsulzadə (Haqqın.az portalı):

Vallah, başqa bir iş bacarmıram. Bir neçə nəşrə, sayta yazmaqla dolanmağa çalışıram. Çətindir, amma birtəhər dolanırıq.

Səbuhi Abbasov (Xeber1.az portalı):

Təbii ki, bəs eləmir. Peşəkar jurnalistika yüksək xərc tələb edir. Alternativ gəlir yeri qaçılmazdı. Yaxşı olar ki, bu fəaliyyət jurnalistika fəaliyyəti ilə təzad təşkil etməsin. Bəzən tamam fərqli işlə məşğul olmaq jurnalistikaya öz mənfi təsiri göstərir, peşəkarlığı azaldır.

Sevər Şakirqızı (Yenicag.az portalı):

Hazırda aldığımız maaş ancaq gündəlik xərclərimizə yetir. Digər fəaliyyətim yoxdur. Ancaq ailəmin dəstəyi olmadan jurnalist işləmək mənə çox çətin olardı(editor.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600