Jurnalistlər meydana buraxılmadı

media-hightechnic-468x90

78771Lənkəranda “Böyük oyun”u izləməyə gedən idman jurnalistləri bu gün polislər tərəfindən saxlanılıb.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Lənkəran şəhərinin girəcəyində Dövlət Yol Polisinin (DYP) əməkdaşları idman jurnalistlərini daşıyan Peşəkar Futbol Liqasının tutduğu avtobusu stadiona buraxmaq istəməyib.

Buna səbəb polislərin jurnalistləri Bakıdan gələn azarkeş bilməsi olub. Jurnalistlər öz vəsiqələrini göstərsələr belə, polisləri fikrindən yayındırmaq olmayıb. Lakin sona məsələ yoluna qoyulub. Məlum olub ki, onlar “Neftçi” fanatları yox, doğrudan da Azərbaycan idman mətbuatının nümayəndələridir. Bununla belə, yerli əhalinin səhv başa düşəcəyindən ehtiyatlanan DYP əməkdaşları bu avtobusu stadiona kimi müşayiət edib.

Qeyd edək ki, ötən mövsüm AFFA-nın İntizam Komitəsinin çıxardığı qərara əsasən “Neftçi” və “Xəzər Lənkəran” komandaları arasında keçirilən görüşlərdə qonaq komandanın tərəfdarlarının stadiona girişinə qadağa qoyulub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600