Jurnalistlərdən əfv sərəncamını dəyərləndirdi

media-hightechnic-468x90

efv_barmaqliq

İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən 101 nəfər azad edildi. Azadlığa çıxanların arasında vicdan məhbusları da var. Media nümayəndələri bu əfv sərəncamını belə dəyərləndirdi:

Qafqaz Ömərov, Ölkə.az saytının baş redaktoru: “Hesab edirəm ki, böyük addımdır. Əfvə düşməyənlərin də yaxın gələcəkdə əfv olunacaqlarına inanıram”

 

 

 

 

Günel Cəlilova, Bakı-Xəbər qəzetinin müxbiri: “Bayram öncəsi əfv fərmanının verilməsi təqdirə layiqdir. Çox humanist addımdır. Əfv olunan şəxslərin ailələri bu xəbəri eşidəndən sonra böyük sevinc hissi yaşayacaqlar. Nəzərə almaq lazımdır ki Azərbaycan dövləti mütamadi olaraq bayram ərəfəsində əfv siyasətini həyata keçirir. Belə bir siyasətin keçirilməsinin özü belə böyük addımdır. Əfv olunan şəxslər konkret cinayətə görə həbs olunmuşdular. Onların cəza müddətinin qısaldılması Xoş addımdır”.

 

 

 

Coşqun Eldaroğlu, yazar, jurnalist: “Bir tərəfdən Bəşir Süleymanlı ilə Orxan Eyyubzadənin azadlığa çıxmasına sevinirəm. Digər tərəfdən də üzülürəm ki, azadlığa çıxan siyasi məhbusların sırası bu qədər məhduddur. Azərbaycan hakimiyyəti bütün açıqlamalarında insan haqlarının qorunmasının, ifadə azadlığının labüdlüyünü prioritet məsələ kimi göstərir. Elədisə, həbsxanada bir siyasi məhbus belə qalmamalıdır”.

 

Kamran

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600