Kabildə güclü partlayışla atışma səsləri eşidildi

media-hightechnic-468x90

Əfqanıstanın paytaxtı Kabildə iki güclü partlayış olub, daha sonra isə şəhərdə atışma səsləri eşidilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

Şahidlərin dediyinə görə, partlayışlar şəhərin şərq hissəsindən, 8-ci rayonun ətrafından gəlir. Bəzi sosial media istifadəçiləri şəhərin üzərindən təyyarələrin uçduğunu yazır və hava hücumları ilə bağlı fərziyyələr səsləndirirlər.

Taliban sözçüsü Zabihullah Mücahid də partlayışın baş verdiyini təsdiqləyib, lakin vətəndaşları sakit olmağa çağırıb. O ictimaiyyəti narahatlığa səbəb olmadığına əmin edib. Mücahid araşdırmanın aparıldığını və hələlik dəyən ziyanla bağlı məlumatların daxil olmadığını bildirib.

Əfqanıstan hökuməti hələlik partlayışın mahiyyəti ilə bağlı açıqlama verməyib./APA

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05