Kafe və restoranlar həftə sonları işləyəcək? - RƏSMİ AÇIQLAMA
“Fevralın 1-dən sonra şənbə və bazar günləri də ictimai iaşə müəssisələri yerində xidmət göstərə biləcək”.
Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Qeyd edək ki, Nazirlər Kabinetinin 16 yanvar 2021-ci tarixli qərarına əsasən, 2021-ci il 1 fevral saat 00:00-dan etibarən ölkə ərazisində ictimai iaşə obyektləri, eləcə də restoran, kafe və çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 06:00-dan 00:00-dək yerində xidmətlər bərpa olunur.