!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kamala Harris seçkilərdən çəkiləcək? – Baydenin yerinə bu namizədin adı hallanır

!Reklam – Yazi

“Kamala Harrisin Donald Trampla debatdan sonra geriyə çəkiləcəyi gözlənilmir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.

O, Co Baydenin prezidentlik yarışından geri çəkilməsindən sonra Demokratların alternativ namizədi sayılan Kamala Harrisin seçkilərdə iştirak etməsi potensialından söz açıb.

Onun sözlərinə görə, əslində, prezident Co Baydenin geri çəkilməsinin əsas səbəbkarlarından biri də o idi.

Həmsöhbətimiz əlavə edib ki, Konqresdəki Demokrat senatorlarla birlikdə sözügedən kampaniyanın önündə də məhz Kamala Harrisi dayanırdı:

“Baxmayaraq ki, onun potensialı və imkanları indiki şəraitdə Demokratların tam qələbə çalmasına imkan vermir, amma bu, Tramp üçün kifayət qədər problemlər yarada bilər. Çünki birinci debatda da məhz Trampın cəlb olunduğu məhkəmə işlərinə xüsusi istinad edərək, Baydenin qanunvericilik amilindən ona qarşı istifadə etməsi müəyyən qədər də olsa, effekt verdi”.

“Təbii ki, əks tərəfin də bu prosesdə Harrisə qarşı kompromatlarla çıxış edəcəyi gözləniləndir. Amma indiki şəraitdə vaxt kifayət qədər azdır. ABŞ-dəki seçkiləri, onun ölçülərini və əhali sayını nəzərə alsaq, Harrisin də geriyə çəkilərək Demokratların yeni namizədlə çıxış edəcəyi inandırıcı görünmür” – deyə o, fikirlərini yekunlaşdırıb.

Xatırladaq ki, C. Baydenin namizədliyini geri götürməsindən sonra bir sıra nüfuzlu Qərb nəşrləri D. Trampın K. Harrislə debata qatılmayacağını bəyan edib. Bundan əlavə, Demokratların avqustda öz namizədlərinin adını açıqlayacağını dərc edən nüfuzlu mətbu orqanlar hakim partiyanın yekunda Kaliforniya ştatının qubernatoru olan Gevin Nyusomun adı ətrafında qərarlaşacağını bildiriblər.

Rafi Müslümov

COP29

www.yenicag.az

170
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv