!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kanada da MASAYA OTURUR – Ukraynaya sülhməramlı göndərmək istəyən dövlətlərin SAYI ARTIR

!Reklam – Yazi

“Bu, regionda sülhün bərqərar olması üçün mühüm addım olaraq qiymətləndirilir”.

Yenicag.az xəbər verir ki, bunu Ukrayna sülhməramlı missiyanın təşkil edilməsi barədə təhlil aparan siyasi analitik David Baxter deyib.

Onun sözlərinə görə, Kanada Ukraynada mümkün sülhməramlı missiyada iştirak etməkdə çətinliklərlə üzləşə bilər, çünki ölkə münaqişədə açıq şəkildə tərəf tutub:

“Baş nazir Castin Trüdo Rusiyanın işğalının üçüncü ildönümü münasibətilə Kiyevdə olduğu zaman sülh sazişi çərçivəsində Kanada qoşunlarının yerləşdirilməsi ehtimalını istisna etməyib. Ancaq bu qərar təkcə Kanadadan asılı deyil. Birləşmiş Millətlər Təşkilatının (BMT) sülhməramlılıq prinsiplərinə görə, münaqişə tərəfləri – Ukrayna və Rusiya sülhməramlıların yerləşdirilməsi barədə razılığa gəlməlidirlər. Bu prinsiplərdə həmçinin sülhməramlıları göndərən dövlətlərin “qərəzsiz” olması vacibdir. Kanada Ukraynada müdafiə üçün verdiyi dəstəklə neytral rol oynamaqda çətinlik çəkə bilər”.

Kanada Qlobal Məsələlər İnstitutunun prezidenti Devid Perri isə ölkənin Ukraynaya verdiyi dəstəyi nəzərə alaraq, onun neytral müşahidəçi kimi iştirakının mümkün olmadığını qeyd edib. O, Kanadanın münaqişədə tərəf kimi iştirak etdiyi üçün Rusiyanın sülhməramlı missiyada Kanada qoşunlarını qəbul etməsinin çətin olacağını diqqətə çatdırıb.

“Ukrayna və ABŞ arasında iqtisadi razılaşma müzakirələri də davam edir. ABŞ prezidenti Donald Tramp Ukraynanın mineral ehtiyatlarının ABŞ ilə bölüşdürülməsi barədə sazişin imzalanacağını açıqlayıb. Bu, regionda sülhün bərqərar olması üçün mühüm addım olaraq qiymətləndirilir. Kanadanın sülhməramlı missiyada iştirak etməsi məsələsi, hazırda ordu qüvvələrinin hazırlıq səviyyəsinin aşağı olması ilə də bağlıdır. Kanadanın indiki vəziyyətdə bu missiyaya nə qədər töhfə verə biləcəyini şübhə altına alır. Üstəlik, Kanada NATO-nun digər öhdəlikləri və orduda yaşanan kadr çatışmazlığı səbəbindən sülhməramlı əməliyyatlarda iştirak etməkdə məhdudiyyətlərlə üzləşə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

www.yenicag.az

78
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv