Rusiyada 21 yaşlı qızın vəhşicəsinə öldürülməsi ölkə gündəmini zəbt edib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, 20 may tarixində evdən çıxan və bir daha geri qayıtmayan Ksenia Ptiçkina sevgilisi tərəfindən vəhşicəsinə öldürülüb.
Qızlarının evə dönməməsindən narahat olan ailə onun itməsi barədə polisə məlumat veriblər. Bütün axtarış tədbirlərinə rəğmən gənc qıza aid heç bir iz tapılmayıb.
Gənc qadının ölümü sevgilisinin kanalizasiyasının tutulması ilə üzə çıxıb. Belə ki, bələdiyyə işçiləri ərazidə iş aparan zaman cəsəd tapıblar. DNA testinə yollanan cəsəd parçalarının Ptiçkinaya aid olduğu üzə çıxdıqdan sonra sevgilisi saxlanılıb. Qatil polisə verdiyi ifadədə qızı öldürdükdən sonra parçalara bölüb tualetə atdığını və sifonu çəkdiyini etiraf edib. Cinayəti niyə törətdiyi barədə isə hələlik məlumat verilməyib.
Polisin araşdırmalarının davam etdiyi hadisədə qatilin 15 il həbs cəzası alacağı ehtimal edilir.
Natavan Abbaslı
www.yenicag.az