!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Karantin rejimində fəaliyyəti məhdudlaşdırılan sahibkarlara yardım edilməlidir, yoxsa..." - İqtisadçıdan HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

“Karantin rejimində fəaliyyəti məhdudlaşdırılan sahibkarlara yardım edilməlidir”. 

Yenicag.az xəbər verir ki, bunu koronavirus pandemiyasına görə tətbiq olunan karantin rejiminin sahibkarlara mümkün zərərlərini şərh edən iqtisadçı Qubad İbadoğlu bildirib.

Qubad İbadoğlu qeyd edib ki, mövcud vəziyyətdə kiçik sahibkarlara dəstək verilməsi zəruridir. Əks halda, sahibkarların vəziyyəti daha da ağırlaşacaq:

“Karantin qaydaları sərtləşdikcə icazələrin bir hissəsinin ləğv edilməsinə baxmayaraq, mikro və fərdi sahibkarlara dəstək verilmir, həmçinin fəaliyyəti dayandırılmış və ya məhdudlaşdırılmış sahələrdə muzdlu işçilərin əməyinin bir hissəsinin kompensasiya edilməsinə vəsait ayrılmır. Bu isə sahibkarların durumunu nəinki çətinləşdirir, hətta çıxılmaz vəziyyətə salır. Xərclərini qarşılaya bilməyən sahibkarların yeganə yolu fəaliyyətini məhdudlaşdırmaq və işçilərini işdən azad etmək olacaq. Onun sosial yükü isə yenə də dövlətin üzərinə düşəcək. Odur ki, dövlət sonradan artan işsizliyə görə əlavə xərcə düşməmək üçün vaxtında sahibkarlara kömək etməlidir”.

Gülşən Şərif

COP29

www.yenicag.az

1029
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv