!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantin rejimini ikinci dəfə pozan şəxsi hansı ağır cəza gözləyir? - RƏSMİ AÇIQLAMA

!Reklam – Yazi

“Karantin qaydalarını pozduğuna görə cərimələnən şəxs ikinci dəfə buna yol verərsə, barəsində daha ciddi tədbirlər görüləcək”.

Yenicag.az-a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev karantin qaydalarını pozduğu üçün cərimələnən vətəndaşları xəbərdar edib.

Şöbə rəisi onları gözləyən cəza tədbirlərini açıqlayıb:

“Əgər vətəndaş polis, yaxud da, yol patrul xidmətinin əməkdaşı tərəfindən saxlanılıb, barəsində inzibati protokol yazılaraq, 100 manat cərimələnibsə və ikinci dəfə eyni xətaya yol verib, qayda pozarsa, bu, daha ağır hal kimi qəbul edilə bilər. Belə olan halda, vətəndaşa 200 manat məbləğində cərimə yazıla, ya da barəsində tərtib olunan inzibati materiallar məhkəməyə göndərilə bilər. O zaman məhkəmə həmin şəxsin bir ay müddətə inzibati qaydada həbs edilməsi ilə bağl qərar verə bilər”.

K.Əsədov belə halın yaşanmaması üçün vətəndaşları karantin rejiminin qaydalarına əməl etməyə səsləyib:

“Belə şayiələr gəzir ki, güya karantin qaydalarını pozduğuna görə cərimələnən şəxslərə güzəşt ediləcək, yanlış fikirdir. Cərimələrinizi vaxtında ödəyin. Əks halda,  qanunvericiliyə görə məcburi icraata göndəriləcək və o halda da, hər hansı əmlakı üzərinə həbs qoyula bilər. Şəxsin həmin mülkiyyətdən istifadəsi məhdudlaşdırılar. Buna görə də, vətəndaşların bir daha diqqətinə çatdırıram ki, karantin qaydalarına əməl edin”.

Cəvahir

www.yenicag.az

1162
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv