!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Karantindən sonra insanları gözləyən aqibət -Psixoloqdan çıxış yolu

!Reklam – Yazi

Koronavirusla mübarizənin sonu hələ ki, görünmür. Yoluxmamaq, yoluxdurmamağın əsas şərti isə evdə qalmaqdır. İlk baxışdan bu asan görünsə də, bütün gün evdə oturmaqdan şikayətlənənlər, sıxılanlar da az deyil.

Yenicag.az-a açıqlama verən psixoloq Fuad Əsədov karantin dövrünü hər birimiz üçün özümüzü kəşf etmək baxımından yaxşı fürsət kimi dəyərləndirib.

Psixoloq hesab edir ki, “mən ancaq çöldə, dostlarımla əylənə bilərəm”, – deyə şablonlar qurmamalıyıq. Elə həyat tərzi seçməliyik ki, istənilən situasiyada əylənməyi və həyatdan zövq almağı bacaraq.

“İnsanlar indiyə qədər buna məcbur olmadığı üçün düşünürlər ki, evdə əyləncə anlayışı yoxdur. Amma bu barədə düşünməyə fürsətləri var ki, mən özüm özbaşıma əylənməyi bacarmıram, evdə özüm üçün bir əyləncə qurmamışam, ailə üzvlərim yanımda olanda özümü xoşbəxt hiss eləmirəm və bunları düzəltmək lazımdır.

Müəyyən hobbilərlə məşğul olmaq lazımdır. Film izləmək, kitab oxumaq, hansısa sayt və ya proqramlardan istifadə etmək, virtual turlardan istifadə və s. Bunların birini edərək, insan tapmalıdır ki, hansını edəndə daha çox əylənir.”

Bir çox insan karantin rejimindən sonra çölə çıxmağın çətin olacağını düşünür, psixoloq isə deyir ki, insanın əvvəldən utancaqlıq və çölə çıxmaq qorxusu yoxdursa, heç bir problem olmayacaq.

Lakin başqa problemlər ortaya çıxa bilər:

“Karantindən sonra təmizlik obsesiyalarının artacağını düşünürəm. Belə insanlar gündə 20-25 dəfə əllərini yuyur, o qədər spirt vurur ki, hətta dəri zərər görür”.

Cütlüklər arası konfliktlərdən danışan psixoloq Fuad Əsədov deyir ki, konfliktlərin sayı çoxala bilər.

“Cütlüklər bir-birlərinə qarşı daha negativ hisslər bəsləməyə başlaya bilərlər. Bu o demək deyil ki, bunu karantin dövrü yaratdı. Daha öncədən olan gərginkliklərdir, sadəcə qaçırdılar bundan. İşə gedirdilər, amma indi axır əvvəl həmin söhbətləri etməlidirlər. Buna görə stress, depressiya yaşana bilər amma çox sadə həlli var. Səmimi şəkildə danışmaq. Birinci istədiyiniz şey nədir? Onu danlamaq, ona özünü günahkar hiss elətdirmək, yoxsa problemi həll eləmək? Əsasən insanlar problemi həll etmək istəyib, digər versiyanı edirlər.

Səmimi şəkildə danışmaq lazımdır ki, “mən aramızda bu gərginliyi hiss edirəm, səncə də elə deyilmi?”, – deyərək qarşınızdakına sual verin və problemi həll edin. Müxtəlif problemlər ola bilər, məsələn, “mən hiss elədim ki, biz bir yerdə əylənə bilmirik, səncə də elə deyilmi?”, – şəklində daha əvvəldən olan problemləri də müzakirə edib, stressdən qurtulmaq olar.”

Aslı İsmayılzadə

COP29

www.yenicag.az

2481
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv