Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Karantindən sonra metro stansiyalarında bunlar da olacaq

“Metro stansiyalarında xəbərdaredici və qadağanedici bildirişlər quraşdırılacaq”.

Yenicag.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Zaur Hüseynov bildirib.

Bütün metro stansiyalarının dezinfeksiya olunduğunu qeyd edən Zaur Hüseynovun sözlərinə görə, ölkə başçısının qərarı ilə zamanında atılan addımlar nəticəsində digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət yaxşı hesab olunur:

“Metro ilə sərnişin daşınması gündən-günə artır. Belə olan halda pandemiya ilə mübarizə fonunda lazımi bütün addımlar atılır. Həyata keçirilən hər bir tədbir metropoliten işçilərinin və sərnişinlərin məsuliyyətli olması üçündür”.

Gülşən Şərif

www.yenicag.az

413