Karantini pozan 43 177 hərəkət iştirakçısı CƏRİMƏLƏNİB

media-hightechnic-468x90

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejiminin pozulmasına görə 28.04.2020-ci il saat 00:00-dan 29.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 806 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Yenicag.az-a Baş Dövlət Yol Polis İdarəsindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 43177 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600