Karateçilərimiz Gürcüstanda keçirilən Avropa çempionatında 6 medal qazandılar

media-hightechnic-468x90

Azərbaycanın fullkontakt şinkyokuşin üslubu üzrə karate millisi Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatını 6 medalla başa vurub.

media-banner_tkm

Azərbaycan Karate Federasiyasından (AKF) Yenicag.az-a verilən məlumata görə, qitə birinciliyində AKF-nin vitse-prezidenti Allahverdi Rüstəmovun rəhbərliyi altında 24 idmançı (13 böyüklər və 11 gənclər), 5 hakim və 6 məşqçi ilə yer alıb.

Yarışın nəticələrinə əsasən, böyüklər arasında Əliqismət Həsənov (70 kq) gümüş medal qazanıb. Səlahət Həsənov (80 kq) və Solmaz Zeynallı (59 kq) isə bürünc medala sahib olublar.

Gənclər arasında Zamin Fərəcov (75 kq) Avropa çempionu olub. Nihat İmanov (65 kq) və Elmir Cəbrayılov (75 kq) isə gümüş mükafata yiyələniblər.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05