Kasilyasa daha bir şok: Arvadında "xərçəng" tapıldı

media-hightechnic-468x90

İspaniya millisinin sabiq futbolçusu İker Kasilyasın arvadı Sara Karboneroda xərçəng xəstəliyi aşkarlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Porto”nun qapıçısının xanımı şəxsi “İnstagram” hesabında paylaşım edib.

“Biz şokdan yeni ayılmamış daha biri ilə üzləşdik. Bir neçə gün əvvəl müayinə zamanı məndə bədxassəli şiş aşkarladılar. Əməliyyatım yaxşı keçdi. Amma hələ bir neçə ay mübarizə aparmalıyam. Ailəm və dostlarım məni dəstəkləyir”, deyə o, qeyd edib.

Qeyd edək ki, mayın əvvəlində Kasilyasın özü məşq zamanı infarkt keçirmişdi. O, buna görə mövsümün sonunda karyerasını başa vuracaq.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa