!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Katolik dünyası qarışdı - Vatikanda cinsi skandal

!Reklam – Yazi

Vatikanın maliyyə işləri üzrə səlahiyyətli nümayəndəsi və kilsənin ali səviyyəli üçüncü şəxsi Avstraliyalı kardinal Corc Pellin adı öz ölkəsində cinsi təcavüzkar kimi hallanır.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Viktoriya əyaləti polis şöbəsinin müdiri Şane Patton məsələ ilə bağlı çoxlu şikayətin daxil olduğunu bildirib. Vatikanda yaşayan 76 yaşlı kardinal Pell isə məhkəmə gününü səbirsizliklə gözlədiyini və iddialara qarşı özünü güclü şəkildə müdafiə edəcəyini söyləyib. Kilsədən edilən rəsmi açıqlamada isə həkimlərin səyahətə icazə verəcəyi təqdirdə kardinalın Avstraliyaya qayıdacağı bildirilib.

Patton kardinala qarşı da heç bir ayrıseçkilik qoyulmadığını və ona da digər şübhəlilər kimi münasibət göstərildiyini deyib.

Qeyd edək ki, 18 iyul tarixində kardinalın məhkəməsi olacaq.

Yenicag.az

COP29

www.yenicag.az

1128
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv