“Kayıp Topraklar” kitabının imza mərasimi keçirilib - FOTO

media-hightechnic-468x90

Bakı Ekspo Mərkəzində təşkil olunan XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində bu gün “Kayıp Topraklar” kitabının imza mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Türkiyənin “Vadi Yayınları” nəşriyyatı tərəfindən ərsəyə gələn və “Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyi”nin (TÜİB) əməkdaşlığı ilə oxuculara təqdim edilən “Kayıp Topraklar” kitabı Kitab Sərgisinin iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Neşe Kutlutaşın “Kayıp Topraklar” romanı müəllifin ailə hekayəsindən yola çıxaraq Azərbaycan və Türkiyənin istiqlal mübarizəsinə işıq tutur.

İmza mərasimində TÜİB başkanı Hüseyin Böyükfırat və müəllif Neşe Kutlutaş kitab haqqında fikirlərini bildirərək qeyd ediblər ki, sürgün, Vətən həsrəti, Azərbaycan–Türkiyə qardaşlığı və mühacir nəsillərin yaddaşı kitabda ön plana çıxan mövzulardandır.

Tədbirin sonunda “Vadi Yayınları” nəşriyyatı tərəfindən TÜİB-ə hədiyyə plaketi təqdim olunub, oxucular müəllifin imzalı kitablarını əldə ediblər.

media-yenicag-manset-6

media-yenicag-manset-7

media-screenshot_25

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 04.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa