!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş kürəkəninin toy xəbərindən sonra xəstəxanaya yerləşdirildiyi deyilən sabiq deputat DANIŞDI - YENİLƏNDİ

!Reklam – Yazi

Keçmiş kürəkəni, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucovun ikinci dəfə ailə həyatı qurması xəbərindən sonra xəstəxanaya yerləşdirildiyi deyilən sabiq deputat Şəmsəddin Hacıyev açıqlama verib. 

“Qaynarinfo”ya açıqlama verən keçmiş millət vəkili səhhətində problem yaranması barədə xəbəri təkzib edib.

“Hazırda evimdəyəm. Oturub yazılarımı yazıram. Ailəmlə bağlı yayılan məlumatlara münasibət bildirmək istəmirəm. Hər şey əladır və barəmizdə artıq-əskik heç nə yazılmasın”, – deyə o qeyd edib.

***

15:52

Xəbər verdiyimiz kimi,  Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov bu gün ikinci dəfə ailə həyatı qurur. Məmur uzun müddət ATV və İTV-də fəaliyyət göstərən tanınmış aparıcı Alidə Mustafayeva ilə izdivaca girir. 

Yenicag.az xəbər verir ki, toy xəbəri icra başçısının keçmiş xanımı və onun ailəsi tərəfindən qəzəblə qarşılanıb. Seymur Orucovun eks həyat yoldaşı Çeşmi Hacıyevanın atası, sabiq deputat Şəmsəddin Hacıyev nəvələrinin atasının ikinci dəfə ailə həyatı qurduğunu eşidəndə dərin sarsıntı keçirib. Bu xəbərdən sonra onun səhhəti kəskin şəkildə pisləşib və təcili xəstəxanaya yerləşdirilib. Sabiq deputatın hazırda həkim nəzarətində olduğu bildirilir./yenisabah

COP29

www.yenicag.az

538
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv