!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş məhkum oğurladığı avtomobili qardaşına hədiyyə etdi

!Reklam – Yazi

Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə mayın 17-nə keçən gecə Biləcəri qəsəbəsi ərazisindəki avtomobil təmiri sexlərinin birinin həyətindən Sumqayıt şəhər sakini Y.Əliyevə məxsus “Hyundai” markalı avtomobilin qaçırılması barədə məlumat daxil olub. 

Yenicag.az xəbər verir ki, DİN-dən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobil Gəncə şəhər sakini Səfyar Qafarov tərəfindən Yeni Gəncə qəsəbəsi ərazisində idarə edilərkən saxlanılmışdır. Araşdırmalarla nəqliyyat vasitəsinin onun qardaşı, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Nicat Bayramov tərəfindən qaçırılması müəyyən olunub.

Əməliyyat-axtarış tədbirləri davam etdirilir.

www.yenicag.az

364
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv