!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş səfirimiz Ukraynanı BMT-də təmsil etdi

!Reklam – Yazi

31 oktyabr-3 noyabr tarixləri arasında Cenevrədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) təşkilatının Beynəlxalq Mühasibat Uçotu və hökumətlərarası işçi qrupunun 39-cu sessiyası keçirilib.

Yenicag.az xəbər verir ki, sessiyada 50-dən artıq dövlət və 15-ə yaxın beynəlxalq təşkilat iştirak edib.

Sessiyada Ukraynanı tanınmış diplomat, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev təmsil edib.

Ukrayna maliyyə nazirinin müşaviri postunda çalışan Xudiyevin Ukrayna Maliyyə Nazirliyi Akademiyası ilə hazırladığı analitik hesabat iştirakçılar arasında böyük maraqla qarşılanıb.

Ukraynadakı mövcud duruma görə Azər Xudiyev “Fövqəladə hallarda dövlət sektoru subyektlərinin hesabatlarının islahatlarına konseptual yanaşma” mövzusunu iştirakçıların diqqətinə çatdırıb.

www.yenicag.az

324
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv