!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Keçmiş və indiki prezidentin “ATƏŞKƏSİ”: “Fevralın 24-də hər şeyi yenidən başlamağa...”

!Reklam – Yazi

“Əldə etdiyimiz bu anlaşma ən azı Kiyev yarımmühasirədə olduğu müddətdə qüvvədə qaldı”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukraynanın eks-prezidenti Petro Poroşenko fəaliyyətdə olan dövlət başçısı Vladimir Zelenski ilə münasibətləri necə normallaşdırmaları haqda danışarkən deyib.

Keçmiş prezidentin sözlərinə görə, ötən il Rusiyanın Ukraynaya hərbi təcavüzü daxili birliyi qaçılmaz zərurətə çevirmişdi:

“2022-ci il fevralın 24-də fraksiya rəhbərləri ilə keçirilən görüşdən sonra Zelenski ilə orada qaldıq və aramızda çox yaxşı, məzmunlu söhbət oldu.

Razumkov və başqaları da həmin görüşdə iştirak edirdilər. Razılığa gəldik ki, “ağ vərəq”də hər şeyi yenidən başlayaq.

Dedim ki, mən artıq müxalifət lideri, siz isə mənim rəqibim deyilsiniz. Bizim tək bir düşmənimiz var: Putin.

Bu, tək mənim təşəbbüsüm deyildi, Zelenski də belə istəyirdi. Əldə etdiyimiz bu anlaşma ən azı Kiyev yarımmühasirədə olduğu müddətdə qüvvədə qaldı”.

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv