Mirziyoyev Gürcüstana dövlət səfəri edəcək

media-hightechnic-468x90

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev iyulun 2-3-də Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin dəvəti ilə bu ölkəyə dövlət səfəri edəcək.

media-banner_tuq

Bu barədə Yenicag.az Özbəkistan prezidentinin mətbuat xidmətinə istinadən xəbər verir.

Səfər çərçivəsində Mirziyoyev Gürcüstan Prezidenti Mixail Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə danışıqlar aparacaq.

“Gündəliyə Özbəkistan-Gürcüstan dostluq və çoxşaxəli əməkdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi məsələləri daxil edilib. Siyasi dialoqun möhkəmləndirilməsi, parlamentlərarası və regionlararası əlaqələrin inkişafı, ticari-iqtisadi əməkdaşlığın artırılması və mədəni-humanitar mübadilələrin fəallaşdırılmasının praktiki aspektləri nəzərdən keçiriləcək”, – məlumatda bildirilib.

Eyni zamanda əməkdaşlığın müxtəlif istiqamətlərini əhatə edən ikitərəfli sənədlər paketinin imzalanması planlaşdırılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05