“Kediciklər kralı” Adnan Oktarla bağlı şok sənəd ortaya çıxdı

media-hightechnic-468x90

fft18_mf5624772

Türkiyənin məşhur “kediciklər kralı” ünvanını qazanan Adnan Oktarla bağlı şok bilgi ortaya çıxıb. Belə ki, son 10 ildə əleyhinə danışanlar haqqında məhkəməyə müraciət edən və bir çox məhkəmədən də xeyli təzminat qazanan Adnan Xoca sonunda “qaya”ya rast gəlib.

Belə ki, bir hakimin onun haqqında 28 il öncə çıxarılmış “Dəlilik” arayışını əsas gətirərək, onun iddiasını rədd etdi. Bu qərar digər məhkəmə qərarları üçün əmsal təşkil etdiyindən vəkillər təcili şəkildə yüzlərlə şikayəti geri çəkməyə başladılar. Çünki 1987-ci ildə haqqındakı “mütəşəkkil cinayətkar qrup qurmaq və idarə etmək” ittihamından qurtulmaq üçün Adnan Oktarın el arasında “dəli kağızı” adlandırılan arayışı alması həm də onun adından fəaliyyət göstərən vəkillərin perspektivi üçün də təhlükəlidir. Yəni, onlar əlində dəlilik kağızı olan birisinin adından yüzlərlə insanı suçlayaraq, onlardan təzminat alıblar.

Qeyd edək ki, son dönəmlərdə “kedicik”ləri ilə gündəmə gələn Adnan Oktar haqqında 1999-cu ildə dönəmin daxili işlər naziri Səaddəddin Tantan “Abdullah Öcalandan daha təhlükəlidir” açıqlamasını vermişdi.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600