Kəmaləddin Heydərov Ağdamda vətəndaşları qəbul etdi

media-hightechnic-468x90

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov Ağdamın Quzanlı qəsəbəsində rayon sakinlərinin, həmçinin bu rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Yenicag.az nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev Ağcabədi şəhərində Ağcabədi rayonunun, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev isə Beyləqan şəhərində Beyləqan rayonunun sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600