Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzinə yeni rəis müavini təyin edilib.
Yenicag.az Qaynarinfo.az-a istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, daxili xidmət mayoru Bağırov Orxan Etibar oğlu FHN-in Muğan Regional Mərkəzinə rəis təyin edilib. Bu vəzifəyə qədər Orxan Bağırov Bakı Regional Mərkəzində şöbə rəisi vəzifəsində çalışıb.
Qeyd edək ki, uzun illər sözügedən mərkəzin rəhbəri Xüsusi Dövlət Mühafizə Xidmətinin sabiq rəisi, general-polkovnik Vaqif Axundovun qardaşı oğlu, polkovnik Mehman Axundov olub. Mehman Axundov bu ilin yanvar ayında öz istəyi ilə təqaüdə göndərilib, yerinə Vüqar Qüdrət oğlu Ağayev təyin edilib. Onun rəis olduğu dövür ərzində mərkəzdə rəis müavini vəzifəsi boş qalıb.
www.yenicag.az