Kəmaləddin Heydərov Mingəçevir su anbarında müşavirədə-Video

media-hightechnic-468x90

c8a78afda41c7a6bd33ffe9f9cf4d21bMüşavirədən əvvəl fövqəladə hallar naziri Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun iştirakı ilə dünən Mingəçevir su anbarında səyyar müşavirə keçirilib.

Müşavirədən əvvəl nazir Mingəçevir su anbarı ətrafında görülən işlərlə tanış olub.

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, Su Ehtiyatları Dövlət Agentliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və “Azərsu” ASC-nin nümayəndələrinin iştirakı ilə keçirilən səyyar müşavirədə Mingəçevir şəhəri və Mingəçevir su anbarı ətrafında həyata keçirilən aidiyyəti infrastruktur layihələri müzakirə olunub, Yaponiyanın “Oyo” şirkətinin və “Azərinşaatlayihə” Dövlət Baş Layihə-Konstruktor və Texnoloji İnstitutunun mütəxəssislərinin təqdimatları dinlənilib.

Müşavirədə çıxış edən K. Heydərov həyata keçirilən layihələrin əhəmiyyətini qeyd edib, işlərin vaxtında və keyfiyyətlə yekunlaşdırılması üçün qarşıda duran vəzifələrdən danışıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600