Kəmaləddin Heydərov və Niderlandlı nazir görüşüb – Foto

media-hightechnic-468x90

kammemoootyBu gün fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Niderlandın infrastruktur və ətraf mühit naziri Melani Şults van Haegen-Maas Geesteranusla görüşüb. Qonaqları salamlayan nazir Kəmaləddin Heydərov xanım Melani Şults van Haegen-Maas Geesteranusa FHN, o cümlədən onun strukturuna daxil olan qurumların fəaliyyəti haqqında ətraflı məlumat verib.

İki ölkənin müvafiq qurumları arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində sıx əməkdaşlığın mövcud olduğunu bildirib.

Nazir hər iki qurum arasında, xüsusilə su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində əməkdaşlığın daha da dərinləşdirilməsinin vacibliyini önə çəkib.

Melani Şults van Haegen-Maas Geesteranus öz növbəsində səmimi qəbula görə təşəkkürünü bildirib, hər iki qurum arasında mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Sonra Kəmaləddin Heydərov və Melani Şults van Haegen-Maas Geesteranus “Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

Səfər çərçivəsində FHN-inin bəzi qurumlarının fəaliyyəti ilə tanışlıq da nəzərdə tutulur.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600