Reklam

Reklam

Rejissor Kənan M. M qalmaqallı açıqlaması ilə şou gündəmini bir-birinə vurmasa yaxşıdır.

Yenicag.az-a açıqlama verən rejissor bundan sonra bir deyənə beşqat cavab verəcəyini bildirib:

“Həddən artıq saf olmaq axmaqlıq əlamətidir. Mənim düşüncəmə görə, haqqı deməyən adam axmaqdır. Belə bir misal var, dinsizin öhdəsindən imansız gələr. 15 il nə deyiblərsə, abrıma qısılıb susmuşam. Amma 40 yaşdan sonra daha susmaq fikrində deyiləm. Mənə “can” deyənə “ay can” deyirəm, bir addım atana beş addım atıram. Amma vay o gündən ki, mənə toxunsunlar. İndiyə qədər əhatəmə, ailəmə, sahib olduğum sənətə iynənin ucu qədər söz gəlməyib. Toxunsalar, beşqat artığını deyib, cavablarını verəcəm. Heç nədən də qorxmuram. Bir dəfə müğənnilərdən biri ilə sözüm çəpləşdi, iki gün polis bölməsində də yatdım. Mən sözümü deyən oğlanam”.

Kənan müğənni Fədayə Laçınla bağlı fikirlərinə görə insanlar tərəfindən qınanıldığını da deyib:

“Fədayəni məlum hadisədə müdafiə etdiyimə görə məni çox qınadılar. Ürək baxmır, qarşısındakı avtoritetdir, ya nazir. Başa düşmürəm ey… Nazirin sevgilisi olmaq olar, avtoritetin yox? Sadəcə olaraq, birinin etdiyi cinayət göz qabağındadır, o birininki yox. Ümumiyyətlə, kim kimi sevirsə-sevsin, xoşbəxt olsun. Vəssalam, heç kimə hesab verməsin”.

Cəvahir

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 5934
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.