Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyətlər verilib

media-hightechnic-468x90

Kənd Təsərrüfatı Nazirliyinə yeni səlahiyyətlər verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, balıq və digər su bioresurslarının iqlimləşdirilməsi işləri Kənd Təsərrüfatı Nazirliyinin qəbul etdiyi texniki normativ hüquqi aktlara uyğun olaraq aparılacaq.

Həmçinin Xəzər dənizində iqlimləşdirilmə məqsədi ilə nərə cinsli və digər qiymətli balıqların yeni növlərinin buraxılmasını da nazirliyin və müvafiq elmi tədqiqat müəssisələrinin alimlərinin və yüksəkixtisaslı mütəxəssislərin nəzarəti altında, məqsədli dövlət proqramları əsasında həyata keçirililəcək.

Daha əvvəl sözügedən prosesi Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirdi.

Məlik Məlikov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 03.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa